“AEON CUP-2017” keçirilir

30 Sentyabr 2017 21:54

Xəbər 938 dəfə oxunub

Yaponiyanın paytaxtı Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı – “AEON CUP-2017” keçirilir. Yarışda dünyanın 23 ölkəsinin 26 klubunu təmsil edən 78 gimnast mübarizə aparır.Azərbaycanı çempionatda təmsil edən “Ocaq Sport Club” komandası yarışlara Rusiyanın “Qazprom”, Belarusun “Dinamo” və Yaponiyanın “AEON” klubları ilə birlikdə birbaşa final mərhələsində qatılıb. Komandamızın tərkibində yuniorka gimnast Dərya Farşbafşəhriyari, sinyorka gimnastlar Ayşən Bayramova və Zöhrə Ağamirova çıxış ediblər. Həmin günün nəticələrinə görə, komandamız 83250 xalla altıncı yerdə qərarlaşıb.Dünyanın bədii gimnastika üzrə ən güclü komandalarının qatıldıqları çempionat oktyabrın 1-də başa çatacaq.xeber100.com