Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri iqtisadiyyatın inkişafının yenidən baxılmış proqnozunu təqdim ediblər. Onlar bildirirlər ki, dünya iqtisadiyyatının hazırkı vəziyyəti ötən ildəkindən xeyli dərəcədə fərqlənir.BVF ekspertləri hazırda dünya iqtisadiyyatının onların əvvəlki proqnozları ilə müqayisədə daha yüksək sürətlə inkişaf etməsini təsdiqləyirlər.Azərtac xəbər verir ki, BVF-in tədqiqat bölməsinin direktoru Mauri Obstfeld deyib: “Biz qlobal iqtisadiyyatın bu il 3,6 faiz, gələn il isə 3,7 faiz artım təşkil edəcəyini gözləyirik. Bu, bizi sevindirməyə bilməz, çünki artım bir sıra regionlarda – həm inkişaf etmiş ölkələrdə, həm Asiyanın keçid iqtisadiyyatı ölkələrində, həm də Avropada eyni vaxtda baş verir”.Rusiyanı çıxmaq şərtilə, bütövlükdə MDB ölkələrində iqtisadiyyatın bu il 2,9 faiz, gələn il isə 3,3 faiz artacağı proqnozlaşdırılır.Eyni zamanda, BVF iqtisadçılarının fikrincə, iqtisadiyyatın bərpası fonunda əməkhaqqı hətta zəngin ölkələrdə də son dərəcə yavaş artır. Bundan başqa, iqtisadi artım hər yerdə müşahidə olunmur: neft ixrac edən ölkələrdə, həmçinin qeyri-sabit vəziyyət yaranmış ölkələrdə, əsasən, Yaxın Şərqdə, Latın Amerikasında, Şimali Afrika və Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində vəziyyət daha ağırdır.BVF-in hesablamalarına görə, iqtisadiyyatın nikbin göstəricilərinin arxasında uzunmüddətli dövrdə məhsuldarlığın zəif artımı müşahidə olunur. İnkişaf etmiş ölkələrdə 2017-ci ildən 2022-ci ilədək olan dövrdə adambaşına istehsalın həcmi 1,4 faiz artacaq. 1996-cı ildən 2005-ci ilədək bu göstərici 2,2 faiz təşkil edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…