“Senteneri Stend” tribunasının adı dəyişdirilib

14 Oktyabr 2017 16:11

Xəbər 964 dəfə oxunub

Liverpuldakı “Enfild” stadionunda əfsanəvi futbolçu Kenni Dalqlişin şərəfinə tribunanın açılış mərasimi keçirilib.Azərtac xəbər verir ki, “Senteneri Stend” tribunasının adı dəyişdirilərək Kenni Dalqlişin şərəfinə adlandırılıb.Dalqliş “Liverpul”un heyətində 22 mükafat, 6 titul, həmçinin 3 avrokubok çempionluğu qazanıb.Baş məşqçi kimi Dalqliş “Liverpul”la 11 mükafata sahib olub. Belə ki, mütəxəssis 3 dəfə ölkə çempionatının, 2 dəfə isə İngiltərə kubokunun qalibi olub.xeber100.com