“Araz” futzal komandası Rumıniya çempionu ilə qarşılaşacaq

14 Oktyabr 2017 16:24

Xəbər 940 dəfə oxunub

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Naxçıvanın “Araz” klubu bu gün qrupda sonuncu oyununu keçirəcək.Azərtac xəbər verir ki, təmsilçimiz Bakı vaxtı ilə saat 20:00-da Rumıniya çempionu “Deva” ilə qarşılaşacaq.Oyunu Tomasz Frak (Polşa), İbrahim El Jilali (Hollandiya) və Şota Kukhilava (Gürcüstan) idarə edəcəklər.Qeyd edək ki, “Araz” əvvəl keçirdiyi oyunlarda Bosniya və Herseqovinanın “Mostar” komandasına 5:2, Malta çempionu “St Andreus”a isə 6:4 hesabı ilə qalib gəlib.xeber100.com