Avropa Həndbol Federasiyası kuboku uğrunda ilk oyun keçirilib

15 Oktyabr 2017 12:25

Xəbər 744 dəfə oxunub

Oktyabrın 14-də Azərbaycanın qadınlardan ibarət “Nur” həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda Danimarkanın “Viborq” klubu ilə ilk oyununu keçirib.Azərtac xəbər verir ki, Danimarkada keçirilən matç “Viborq” kollektivinin 38:21 hesablı qələbəsi ilə yekunlaşıb.Komandalar arasında cavab oyunu oktyabrın 15-də keçiriləcək.Qarşılaşma əvvəlcədən razılaşdırıldığı kimi Danimarkada baş tutacaq.xeber100.com