U-17 millisi Bolqarıstan yığması ilə qarşılaşacaq

16 Oktyabr 2017 13:03

Xəbər 808 dəfə oxunub

Azərbaycan millisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.Azərtac xəbər verir ki, futbolçularımız Bolqarıstan yığması ilə Qorna Oreçovitsa şəhərindəki “Lokomotiv” stadionunda qarşılaşacaq. Qarşılaşmanı san-marinolu baş hakim Barbeno Luca idarə edəcək.Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.xeber100.com