UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü avtobuslarla 35 mindən çox sərnişin daşınıb.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.O bildirib ki, oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi missiyasına uyğun olaraq sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib. Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 23182 nəfər sərnişinin, ayrılmış əlavə 195 ədəd avtobusla isə 12265 nəfər sərnişinin daşınması təmin edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…