Grappling-gi üzrə dünya çempionatı davam edir

19 Oktyabr 2017 14:11

Xəbər 897 dəfə oxunub

Bakıda kişilər və qadınlar arasında grappling və grappling-gi üzrə sayca 10-cu dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 33 ölkədən 550 idmançı iştirak edir.Çempionatın ikinci günündə grappling-gi versiyası üzrə yarışlara start verilib.Mundialın ilk günündə graplling versiyası üzrə 12-19 yaş qrupları və veteranlar arasında yarışa yekun vurulub.Qeyd edək ki, çempionata oktyabrın 21-də yekun vurulacaq.xeber100.com