Qraplinq və qraplinq-gi üzrə 10-cu dünya çempionatı keçirilib

25 Oktyabr 2017 12:11

Xəbər 895 dəfə oxunub

Bakı İdman Sarayında kişilər və qadınlar arasında qraplinq və qraplinq-gi üzrə sayca 10-cu dünya çempionatı keçirilib. Otuz üç ölkədən 550 idmançının qatıldığı yarışda atletlər uşaqlar, yeniyetmələr, gənclər və veteranlar kateqoriyalarında mübarizə aparıblar.Azərtac xəbər verir ki, çempionatda “Neftçi İdman Klubu”nun yetirmələrindən dördü medala sahib olub.Klubun idmançılarından 92 kiloqram çəkidə çıxış edən Həzi Həsənov veteranlar arasında dünya çempionu adına layiq görülüb. Əsgər Eldarov (92 kq) gənclər, Məhəmməd Papaqov (42 kq) və Rəvan İsgəndərli (85 kq) isə yeniyetmələr arasında üçüncü yeri tutublar.xeber100.com