Milli Karate Federasiyasının məlumatına əsasən…

26 Oktyabr 2017 14:27

Xəbər 1021 dəfə oxunub

Noyabrın 24-də yeniyetmələr və gənclər arasında karate üzrə 18-ci respublika birinciliyi və böyüklər arasında 25-ci ölkə çempionatı başlayacaq.Azərtac Azərbaycan Milli Karate Federasiyasının saytına istinadən xəbər verir ki, çempionatın keçirilməsində məqsəd idmanın bu növünü inkişaf etdirmək, idmançı və hakimlərin ustalıq səviyyəsini artırmaq və beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında iştirak etmək üçün yığma komandaya namizədləri seçməkdir.Yarışların keçirilməsinə ümumi rəhbərliyi Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyası Assosiasiyası və Milli Karate Federasiyası edir.Bakı İdman Sarayında keçiriləcək yarış noyabrın 26-dək davam edəcək.xeber100.com