Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” oktyabrın 30-dan Bakı-Sankt-Peterburq-Bakı müntəzəm aviareysinə başlayıb. Uçuşlar çərşənbə axşamı və bazar günü istisna olmaqla həftədə beş dəfə həyata keçiriləcək. Biletlərin minimal qiyməti 29 avrodan başlayır.“Коммерсант.ру” saytı xəbər verir ki, “Vozduşnıye Vorota Severnoy Stolitsı” (Воздушные Ворота Северной Столицы) MMC-nin kommersiya direktoru Yevgeni İlyin bildirib ki, Azərbaycan Sankt-Peterburq üçün mühüm məkandır. Azərbaycan ilə Sankt-Peterburq arasında 2017-ci ilin ilk doqquz ayında sərnişin dövriyyəsi 72 min olub. Bu isə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım deməkdir.Uçuşlar 2017-ci ilin sentyabr ayından yerinə yetirilməyə başlanıb.Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…