“Real Madrid” “Jirona” ilə səfər oyunundan məğlubiyyətlə ayrılıb

2 Noyabr 2017 11:50

Xəbər 1045 dəfə oxunub

“Real Madrid” son 2,5 il ərzində ilk dəfədir ardıcıl iki səfər oyununda məğlub olub.Azərtac xəbər verir ki, Madrid təmsilçisi ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində səfərdə “Tottenhem”ə 1:3 hesabı ilə məğlubiyyətə uğrayıb. “Real Madrid” bazar günü isə İspaniya çempionatında “Jirona” klubu ilə səfər oyunundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.Qeyd edək ki, kral klubu sonuncu dəfə 2015-ci ildə ardıcıl iki oyunda uduzub. Komanda həmin il La Liqada – “Atletiko Madrid”ə 0:1, “Barselona”ya isə 0:2 hesabı ilə məğlub olub.xeber100.com