2017-ci ilin oktyabr ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 2954 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.İcbari Sığorta Bürosundan (İSB) Azərtac-a bildiriblər ki, bunlardan 1628 müqavilə Türkiyə və İran İslam Respublikasına, 1285 müqavilə Rusiya, Moldova və Ukraynaya, 41 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan digər ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 192 183 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 2213-ü minik, 343-ü yük, 269-u qoşqu, 129-u avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.Hazırda Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…