Noyabrın 5-də “ASAN xidmət”in Qəbələ Mərkəzində qızlar üçün FEMMES DIGITALES klubunun II Regional İKT Konfransı keçiriləcək.Klubdan Azərtac-a bildirilib ki, konfrans çərçivəsində qızlar üçün bir sıra tədbirlər keçiriləcək. Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən regional konfransın təşkilatçısı “Azərbaycan qadınları İKT-də – FEMMES DIGITALES (AWIC)” klubudur. Bu il tədbirin baş sponsoru “Gilan Holding”dir.Tədbirin birinci hissəsi çərçivəsində “Azərbaycan qadınları İKT-də – FEMMES DIGITALES (AWIC)” klubunun üzvləri olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “B.EST Solutions”, “ASAN xidmət”, “MONT”, “Cybernet”, “Aztelekom”, “Ultra Technologies” və digər şirkətlərin xanım nümayəndələri informasiya texnologiyaları sahəsində öz karyera tarixçələri ilə bölüşəcək, bu sahədə təhsilin perspektivləri haqqında danışacaq və məktəbli qızlarla ünsiyyət quracaqlar. Həmçinin Qəbələ rayonunun məktəbli qızları arasında IT-startapı üçün ən yaxşı ideya müsabiqəsi keçiriləcək. Günün ikinci yarısında isə konfrans iştirakçıları nəticələrin qiymətləndirilməsinə başlayacaq.Konfransın kompüter təhsilinə istiqamətlənmiş ikinci hissəsi isə beynəlxalq ixtisaslaşmış tədris mərkəzi olan STEP Azerbaijan IT-Akademiyasının iştirakı ilə keçəcək. IT-Akademiyanın nümayəndələri qızları qüvvədə olan təlim proqramları ilə tanış edəcək, robot texnikası üzrə təcrübi dərs keçirəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…