“Sumqayıt” klubu “Keşlə” ilə qarşılaşıb

4 Noyabr 2017 18:38

Xəbər 1314 dəfə oxunub

Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda ikinci oyun keçirilib.Azərtac xəbər verir ki, “Sumqayıt” klubu “Kapital Bank Arena”da “Keşlə” ilə qarşılaşıb. Baş hakim Əliyar Ağayevin idarə etdiyi matçda meydan sahiblərinin heyətində qolları 30-cu dəqiqə Denis Silva (öz qapısına), 52-ci dəqiqədə Amil Yunanov və 71-ci dəqiqədə Adrian Skarlatake (avtoqol) vurublar. “Keşlə”nin heyətində isə 44-cü dəqiqədə Nizami Hacıyev fərqlənib.Beləliklə, görüş “Sumqayıt”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Sumqayıt” xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Keşlə” isə səkkiz xalla yeddincidir.Xatırladaq ki, turnirin ilk oyununda “Qəbələ” komandası “Səbail”i 3:1 hesabı ilə məğlub edib.Noyabrın 5-də Ağdamın “Qarabağ” komandası Gəncənin “Kəpəz” klubunun qonağı olacaq. Həmin gün “Zirə” və “Neftçi” klubları da qarşılaşacaqlar.xeber100.com