Hövsan Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı başa çatıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, paytaxtın bütün idman klub və cəmiyyətlərinin təmsil olunduğu yarışlarda nazirliyin İdman Cəmiyyətinin komandaları da yüksək nəticələr göstəriblər. DİN-in təmsilçiləri yarışa əvəzedici heyətlə qatılıb.Sərbəst güləşçilərin yarışında DİN İdman Cəmiyyətinin üzvlərindən Vurğun Əliyev, Elçin Məmmədov və Cavid Sadıxov öz çəki dərəcələrində qalib olublar. Nurəddin Əliyev isə bürünc medal qazanıb. İdmançıları bu yarışa polis polkovnik-leytenantları İlyas Siracov, İlham Mustafayev, kapitan Elşad Allahverdiyev hazırlayıblar.Yunan-Roma güləşi üzrə paytaxt pəhləvanlarının mübarizəsində isə Murad Allahverdiyev, Orxan Məmmədli gümüş medal qazanıblar. Orxan Qəhtiranov isə bürünc medala sahib olub. DİN İdman Cəmiyyətinin pəhləvanlarını bu yarışa polis polkovnik-leytenantları, Əməkdar məşqçilər Radik Hüseynov, Əli Əliyev və polis mayoru Vilayət Ağayev hazırlayıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…