Noyabrın 8-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzinin təşkilatçılığı ilə “Kiçik və orta sahibkarlar üçün sərhədlərarası e-ticarət” mövzusunda seminar keçirilib. Tədbirdə 40-a yaxın iş adamı iştirak edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsi çərçivəsində təşkil olunmuş seminarda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığa göstərilən dəstək tədbirləri barədə məlumat verib, e-ticarətin önəmini vurğulayaraq sahibkarları elektron bazardan faydalanmağa dəvət edib.
Beynəlxalq Ticarət Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbəri Yelena Butrimova və mərkəzin eksperti Mohammad Es Fih yerli məhsulların xarici bazarlara çıxarılması üçün beynəlxalq e-ticarət platformaları və onlardan istifadə qaydaları barədə danışıblar. Seminarda, həmçinin rəqəmsal ticarətdə elektron imzadan istifadəyə dair təqdimat keçirilib, sahibkarların sualları cavablandırılıb.Qeyd edək ki, bu il AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsi çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin artırılması, yerli sahibkarlarla Avropa İttifaqı ölkələrinin iş adamları arasında əlaqələrin qurulması, istehsalçı və ixracatçı assosiasiyaların potensialının gücləndirilməsi nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…