“Lokomotiv” klubunun ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib

10 Noyabr 2017 12:29

Xəbər 1275 dəfə oxunub

Bakının kişi voleybolçulardan ibarət “Lokomotiv” klubunun “Çelenc Cup” turnirindəki ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib.Azərtac xəbər verir ki, noyabrın 21-də Kiprin “Apoel” komandasını qəbul edəcək Bakı təmsilçisi avrokuboklarda debüt matçını keçirəcək.Görüşün baş hakimi gürcüstanlı Stefan Takayçvili olacaq. Ona serbiyalı Yovan Yovanoviç kömək edəcək.İlk görüş Azərbaycan Voleybol Mərkəzində keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Kiprdə oynanılacaq.xeber100.com