Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında

12 Noyabr 2017 18:18

Xəbər 783 dəfə oxunub

Tunis yığması seçmə turnirdə Liviya komandası ilə ev oyununu 0:0 hesabı ilə başa vuraraq, 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.Azərtac xəbər verir ki, tunislilər Rusiya, Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, İslandiya, Serbiya, Fransa, Portuqaliya, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal və Morokko yığmalarından sonra 2018-ci il çempionatının finalına adlayan 26-cı komanda olub.Xatırladaq ki, dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Turnirin final mərhələsinin püşkü dekabrın 1-də Moskvada atılacaq.xeber100.com