Həndbol üzrə Azərbaycan çempionatında daha iki oyun keçirilib

13 Noyabr 2017 11:45

Xəbər 729 dəfə oxunub

Noyabrın 12-də həndbol üzrə Azərbaycan çempionatında daha iki oyun keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, kişilərin mübarizəsində “Məhsul” kollektivi “Bakı” komandasından 32:27 hesabı ilə üstün olub.Qadınlar arasında yarışlarda isə “Azəryol” həndbolçuları “Nur” kollektivini minimal hesabla məğlub ediblər – 33:32.xeber100.com