Skvoş üzrə paytaxt kuboku yarışları keçirilib

15 Noyabr 2017 12:34

Xəbər 824 dəfə oxunub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən skvoş üzrə paytaxt kuboku yarışları keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, yarışda 25 idmançı birincilik uğrunda mübarizə aparıb.Nəticələrə görə, Elmir Qəhrəmanov yarışın qalibi olub. Tomas Volker yarışı ikinci, Babək Mahmudov isə üçüncü pillədə başa vurub.Mükafatçılara Baş İdarə tərəfindən kubok, diplom və medallar təqdim olunub.xeber100.com