WAKO versiyası üzrə keçirilən dünya çempionatında

15 Noyabr 2017 12:39

Xəbər 1259 dəfə oxunub

Macarıstanın paytaxtı Budapeştdə kikboksinqin WAKO versiyası üzrə keçirilən dünya çempionatı yığma komandamız üçün uğurlu olub.Azərtac xəbər verir ki, 64 ölkədən 800-dən çox idmançının qatıldığı yarışda Azərbaycan komandası 15 kikboksçu ilə təmsil olunub. Yığma komandamızın tərkibində “Neftçi İdman Klubu” dörd idmançı ilə iştirak edib.Turnirdə 54 kiloqram çəkidə fu-kontakt və lou-kik versiyasında çıxış edən klubun yetirmələri Camal Məmmədov və Çingiz Əhmədov dünya çempionatının bürünc medalına sahib olublar.Çempionatda klubun məşqçi müəllimi, yarışın ədalət təmsilçisi kimi iştirak edən Elnur Alıyev “Ən yaxşı hakim” seçilərək “A+” kateqoriyasına layiq görülüb.Qarşıda kikboksçularımızı daha bir mühüm sınaq gözləyir. İdmançılarımız dekabrda Kiyevdə qitə çempionatında yenidən güclərini sınayacaqlar.xeber100.com