Dünya çempionatına vəsiqə qazanan ölkələrin adı məlum olub

16 Noyabr 2017 12:35

Xəbər 878 dəfə oxunub

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan sonuncu – 32-ci ölkənin adı məlum olub.Xarici KİV-lər xəbər verir ki, mundiala vəsiqə qazanan sonuncu komanda doğma meydanda Yeni Zelandiyaya 2:0 hesabı ilə qalib gələn Peru millisi olub.Artıq dünya çempionatının iştirakçıları səbətlərə bölünüblər. Belə ki, “A” səbətində Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa, “B” səbətində İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay, “C” səbətində Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran, “D” səbətində Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Koreya Respublikası, Səudiyyə Ərəbistanı və Avstraliya yığmaları yer alıblar.Mundialın qrup mərhələsinin püşkatma mərasimi dekabrın 1-də Moskvada keçiriləcək.xeber100.com