Cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

16 Noyabr 2017 12:42

Xəbər 733 dəfə oxunub

Bu gün “Sərhədçi” İdman Olimpiya Kompleksində U-18 yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.Azərtac xəbər verir ki, üç gün davam edəcək ölkə birinciliyində paytaxt və regionlarda keçirilmiş yarışlarda yüksək nəticələr qazanmış cüdoçular mübarizə aparırlar. Bu səbəbdən respublika birinciliyinə maraq çox böyükdür.Yarışın ilk günündə 37-si rayon, 43-ü Bakı və Sumqayıtdan olan, ümumilikdə isə 70 klubdan 565 yeniyetmə oğlan və qız cüdoçu medallar uğrunda mübarizə aparır.xeber100.com