Noyabrın 22-də gündəlik təbii qaz sərfiyyatında təxminən 500 min kubmetr artım olub.Bu barədə Azərtac-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib. O bildirib ki, respublikada, eləcə də paytaxtda havanın temperaturunun dəyişməsi ilə əlaqədar noyabrın 22-də təbii qaz sərfiyyatında təxminən 500 min kubmetr artım olub.“Noyabrın 21-də əhali sektoru üzrə təbii qaza olan gündəlik tələbat 17 milyon 773 min kubmetr təşkil edib. Bu gündən havanın temperaturunun dəyişməsi ilə əlaqədar təbii qaz sərfiyyatı 18 milyon 211 min kubmetrə çatıb. Bu da təbii qaz tələbatının 438 min kubmetr artdığı deməkdir.“Azəriqaz” rəsmisi əlavə edib ki, qarşıdakı günlərdə əhalinin təbii qaza olan tələbatı artdıqca “mavi yanacaq”ın verilişində də artım olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…