Cüdo üzrə Bakı çempionatına start verilib

24 Noyabr 2017 12:45

Xəbər 958 dəfə oxunub

Noyabrın 23-də “Sərhədçi” İdman Olimpiya Kompleksində kişilər və qadınlar arasında cüdo üzrə Bakı çempionatına start verilib.Azərtac xəbər verir ki, iki gün davam edəcək paytaxt birinciliyində 24 klubdan 219 kişi və 23 qadın cüdoçu medallar uğrunda mübarizəyə qoşulub.Yarışın birinci günündə ümumilikdə 121 cüdoçu (98 kişi və 23 qadın) tatami üzərinə çıxacaq. Qadınların mübarizəsində bütün çəki dərəcələri (48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və 78 kq-dan yuxarı) üzrə qaliblər müəyyənləşəcək. Kişilərin yarışında isə 60 və 66 kiloqram çəki dərəcələrində çıxış edən cüdoçular mübarizə aparırlar.Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən paytaxt çempionatına noyabrın 24-də yekun vurulacaq.xeber100.com