“Barselona” klubu rəqib qapısına yol tapa bilmir

27 Noyabr 2017 12:33

Xəbər 814 dəfə oxunub

“Barselona” klubunun hücumçusu Lionel Messi ardıcıl 6 oyundur rəqib qapısına yol tapa bilmir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, argentinalı futbolçu İspaniya çempionatının sonuncu turunda “Valensiya” ilə matçda da fərqlənə bilməyib.Messi sonuncu dəfə 2010-cu ilin yayında ardıcıl 7 oyunda qol vura bilməyib.Qeyd edək ki, Messi İspaniya çempionatında 13 turdan sonra 12 topla bombardirlər siyahısına başçılıq edir. Argentinalı futbolçu “Valensiya”nın oyunçusu Simone Dzadzanı 3 top hesabı ilə qabaqlayır.xeber100.com