Tbilisidə İkinci İpək Yolu beynəlxalq konfransı işə başlayıb. İki gün davam edəcək konfransda 50 ölkədən mindən çox nümayəndə iştirak edir.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev və digər rəsmi şəxslər təmsil edirlər.Tədbiri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili açaraq ölkəsinin tarixi İpək Yoluna böyük önəm verdiyini bildirib. Baş nazir Gürcüstanın iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, investisiya imkanları barədə ətraflı məlumat verib.Konfransda ilk dəfə olaraq Ukrayna və Moldovanın baş nazirləri və Sloveniya baş nazirinin müavini iştirak edirlər.Konfransda böyük İpək Yolunun inkişafı, regional təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika, regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.Tədbirdə, həmçinin həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…