“Çağırış kuboku” turnirinin final mərhələsindəki oyununun vaxtı açıqlanıb

1 Dekabr 2017 11:59

Xəbər 828 dəfə oxunub

Bakının kişi voleybolçulardan ibarət “Lokomotiv” komandasının “Çağırış kuboku” turnirinin onaltıdabir final mərhələsindəki ilk oyununun vaxtı açıqlanıb.Azərtac xəbər verir ki, Bakı təmsilçisinin Portuqaliyanın “Fonte Bastardo” komandası ilə görüşü dekabrın 5-də keçiriləcək.Saat 18:00-da start götürəcək oyun Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.xeber100.com