Azərbaycan millisi İran yığması ilə qarşılaşıb

4 Dekabr 2017 11:31

Xəbər 775 dəfə oxunub

İsfahanda təşkil olunan “4 Top Nations” turnirində ilk oyununu keçirən futzal üzrə Azərbaycan millisi İran yığması ilə qarşılaşıb.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, oyun 3:3 hesabı ilə başa çatıb.Azərbaycan milli komandasının qollarını Qabriel Bastos, Karvalho dos Santos və Telez Thiaqo vurublar.Millimiz növbəti oyununu bu gün Bakı vaxtı ilə saat 16:30-da Rusiya yığmasına qarşı keçirəcək.xeber100.com