Dekabrın 14–15-də “Azərbaycan Dəmir Yolları” QSC-də Həkim-Sanitar Xidmətinin (HSX) “Müasir idarəetmə” mövzusunda birinci konfrans keçirilib.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, iki gün davam edən konfransa dəmir yolunda çalışan və digər tibb müəssisələrindən təcrübəli mütəxəssislər dəvət edilib.Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov qeyd edib ki, bu, birinci konfransdır. Konfransın əsas məqsədi Həkim-Sanitar Xidmətinin idarəetmə sisteminin dəyişməsi ilə əlaqədar, struktura daxil olan tibb müəssisələrində yaranan suallara cavab olaraq, müasir idarəetmə işləri üzrə maarifləndirmə və tibb müəssisələrinin fəaliyyətinin real vəziyyətini təhlil etməkdir. “ADY” QSC-nin Həkim Sanitar Xidmətində aparılan islahatlar çərçivəsində mövcud tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi, onların əhalinin sağlamlığının qorunmasında, o cümlədən nəqliyyatın ən vacib qolu olan dəmir yolunun bütün sahələrində dəmiryolçulara aidiyyəti üzrə (ilkin, dövrü, ambulator və stasionar) göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasıdır. Dəmir yolunun beynəlxalq çıxışlarının artması ilə əlaqədar tibb və sanitariya sahəsində görülən işlərin gücləndirilməsi, dəmiryolçuların, o cümlədən müraciət edən hər bir vətəndaşın sağlamlığının keşikçisi prinsipinə daha da mükəmməl əməl edilməsi də qarşıya qoyulan əsas vəzifələrdəndir.HSX-nin rəisi Adil Şükürov və konfransda çıxış edən digər iştirakçılar – Nazim Xanəhmədov, Laçın İmanov, Rəna Sultanova, Amil Rzayev, Jalə Əfəndiyeva toplantı iştirakçılarının suallarını ətraflı cavablandırıb. Yığıncaqda bu kimi tədbirlərin gələcəkdə mütəmadi olaraq keçirilməsi qonaq qismində dəvət olunmuş tibb mütəxəssisləri tərəfindən də müsbət qarşılanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…