“Telefoot” şousunun təqdim etdiyi mükafat uğrunda mübarizədə

18 Dekabr 2017 12:24

Xəbər 1342 dəfə oxunub

PSJ futbol klubunun hücumçusu Kilian Mbappe Fransada ilin ən yaxşı gənc oyunçusu elan edilib.Azərtac xəbər verir ki, Fransanın “Telefoot” şousunun təqdim etdiyi bu mükafat uğrunda mübarizədə 18 yaşlı forvard “Mançester Yunayted” komandasından Antoni Marsyalı və “Marsel”dən Maksim Lopesi geridə qoyub.Ötən mövsümdə Mbappe “Monako” komandasının tərkibində Fransa çempionu olub və Çempionlar Liqasının yarımfinalınadək yüksəlib.Bu il yayda PSJ-yə keçən Mbappe cari mövsümün startında bütün turnirlərin 21 oyununda 11 qolun müəllifi olub.xeber100.com