“Sumqayıt” futbol klubu ilk transferini həyata keçirib

20 Dekabr 2017 14:01

Xəbər 869 dəfə oxunub

“Sumqayıt” futbol klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib.Azərtac kluba istinadla xəbər verir ki, komanda son olaraq “Keşlə”də çıxış etmiş Elnur Abdullayevi heyətinə qatıb. Otuz bir yaşlı futbolçu “Sumqayıt” ilə 1,5 illik müqavilə imzalayıb.Qeyd edək ki, E.Abdullayev karyerası ərzində “Keşlə”dən (32 oyun, 2 qol) başqa, “Simurq” (13 oyun, 1 qol), “Xəzər-Lənkəran” (114 oyun, 10 qol), “Muğan” (42 oyun, 2 qol), “Bakı” (69 oyun, 3 qol), “Olimpik” (12 oyun), “Neftçi” və “Turan”ın şərəfini qoruyub. O, həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.xeber100.com