“Şelkunçik” matç-turnirində birinci turun oyunları keçirilib

20 Dekabr 2017 14:14

Xəbər 959 dəfə oxunub

Moskvada Milad bayramına həsr olunan ənənəvi nəsillərin “Şelkunçik” matç-turnirində birinci turun oyunları keçirilib.Azərtac xəbər verir ki, “Krallar” komandasının heyətində azərbaycanlı Şəhriyar Məmmədyarov, israilli Boris Gelfand, latviyalı Aleksey Şirov və rusiyalı Sergey Rublyovski çıxış edir. “Şahzadələr” komandasının şərəfini rusiyalılar Qriqori Oparin, Vladislav Artemyev, Andrey Yesipenko, Daniil Yuffa qoruyur.“Kraliçalar” komandasına Yekaterina Kovalevskaya, Qalina Strutinskaya, Tatyana Qrabuzova (hər üçü Moskvadan) və Belarusdan Yelena Zayats daxildir. “Şahzadə xanımlar” komandası Aleksandra Maltsevskaya, Yelizaveta Solojenkina, Yekaterina Qoltseva və Aleksandra Dimitrovadan ibarət heyətlə təmsil olunur.Birinci turda “krallar” “şahzadələr”ə 2,5:1,5 hesabı ilə qalib gəliblər, “kraliçalar” “şahzadə xanımlar”la sülhlə ayrılıblar (hamı heç-heçə, 2:2). Birinci turun 8 oyunundan yalnız biri “məhsuldar” olub: qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov Qriqori Oparini məğlub edib.Aleksey Şirov-Andrey Yesipenko, Boris Gelfand-Vladislav Artemyev və Daniil Yuffa-Sergey Rublyovski heç-heçə oynayıblar.Qadınların turnirində bütün oyunlar heç-heçə başa çatıb: Tatyana Qrabuzova-Aleksandra Maltsevskaya, Qalina Strutinskaya-Aleksandra Dimitrova, Yekaterina Qoltseva-Yelena Zayats, Yelizaveta Solojenkina-Yekaterina Kovalevskaya.Bu gün, matç-turnirin klassik hissəsinin ikinci turunda aşağıdakı cütlüklər mübarizə aparacaqlar: Şirov-Oparin, Gelfand-Yuffa, Yesipenko-Məmmədyarov, Artemyev-Rublyovski; Qrabuzova-Qoltseva, Strutinskaya-Solojenkina, Maltsevskaya-Zayats, Dimitrova-Kovalevskaya.Şeveningen sistemi üzrə keçirilən turnir iki dövrədən ibarət olacaq. Dekabrın 19-22-də klassik şahmat üzrə, dekabrın 23-24-də isə sürətli şahmat üzrə oyunlar nəzərdə tutulub. Komandaların tutduğu yerlər hər komandanın bütün oyunçularının iki növdə – klassik və sürətli şahmat üzrə topladıqları xalların ümumi sayına əsasən müəyyən ediləcək.Klassik şahmatda qalib gəlmiş oyunçuya iki xal, heç-heçə halında hərəyə bir xal, məğlub olan oyunçuya sıfır xal hesablanır. Sürətli şahmatda qalib gəlmiş oyunçuya bir xal, heç-heçəyə görə 0,5 xal, məğlub olan oyunçuya sıfır xal hesablanır. Komandanın bütün oyunçuları tərəfindən iki növ üzrə toplanmış xalların ümumi sayı bərabər olduqda, yerlər komandanın bütün oyunçuları tərəfindən klassik şahmatda toplanmış xalların daha böyük sayına müəyyən edilir.Qalib komandalar kubok və pul mükafatı alır. Mütləq yaxşı nəticələr göstərmiş (klassik şahmat + sürətli şahmat) idmançılara xüsusi mükafatlar təqdim ediləcək. Bundan əlavə, təşkilatçılar yarışda yaradıcı nailiyyətlərə görə mükafatlar təyin ediblər.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02