Bakıda Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə durmadan inkişaf etdiyini deyib. Nazir bildirib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2017-ci ilin 11 ayının yekunlarına görə ticari-iqtisadi əməkdaşlıq sahəsində Azərbaycanın tərəfdaşları arasında Rusiya üçüncü yeri tutur. Azərbaycanın idxal həyata keçirdiyi ölkələr arasında Rusiya birinci yerdədir. Bu ölkə, həmçinin Azərbaycanın qeyri-neft ixracatında da bütün başqa tərəfdaşlardan ön sıradadır. Ş.Mustafayev əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu nəzərə çatdırıb. O, Azərbaycanda yaradılan sənaye parklarında Rusiya şirkətlərinin iştirakını, neft maşınqayırması sənayesində əməkdaşlığı, Rusiya bazarları üçün kənd təsərrüfatı mallarının istehsalı sahələrini diqqətə çatdırıb.Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin də iqtisadi əməkdaşlığın yüksək inkişafını qeyd edib. Nazir bildirib ki, cari ilin 10 ayı ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2,1 milyard dollar təşkil edib. O, ölkələrimiz arasında həyata keçirilən investisiya layihələrini xüsusi vurğulayıb.İclas iştirakçıları Azərbaycan və Rusiya arasında, xüsusən energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, inşaat və turizm kimi sahələrdə ticari-iqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə müzakirələr aparıblar. İnvestisiya layihələrinin və təşəbbüslərin inkişafı, həmçinin iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin şərtlərinin yaxşılaşdırılması iclasın əsas mövzusu olub.Geniş iclasda Azərbaycanın və Rusiyanın dövlət orqanlarının və işgüzar birliklərinin nümayəndələri iştirak ediblər.İclasın sonunda iki ölkənin iqtisadiyyat nazirlərinin iştirakı ilə Rusiya və Azərbaycan şirkətləri arasında Niyyət Memorandumları imzalanıb.İclas çərçivəsində B2B görüşləri və işgüzar əlaqələr birjası təşkil olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…