İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nazirliyin icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib.Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə Naftalan kurortunda və digər müalicə-sağlamlıq müəssisələrinin yenidən qurulması ilə bağlı aidiyyəti qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verilib. İxtisaslaşmış turizm sənayesinin inkişafı ilə bağlı Strateji Yol Xəritəsində sağlamlıq turizmi üzrə müəyyənləşdirilmiş hədəf göstəricisi və turizmin bu istiqamətinin inkişafı, eləcə də Naftalan, Qalaaltı və Duzdağda fəaliyyət göstərən müalicə-sağlamlıq müəssisələrində və turistlər üçün cəlbedici olan digər müəssisələrdə aparılacaq bərpa və yenidənqurma işləri ilə bağlı fikir mübadiləsi aparılıb.Tədbirdə aidiyyəti qurumların təklifləri əsasında 2018-2020-ci illər üzrə görüləcək işləri əhatə edən tədbirlər planının hazırlanması qərara alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…