“Beşiktaş” klubunun futbolçusu “Everton” komandasına transfer olub

4 Yanvar 2018 14:37

Xəbər 805 dəfə oxunub

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Cenk Tosun İngiltərənin “Everton” komandasına transfer olub.Xarici KİV-lər xəbər verir ki, futbolçu 27 milyon avro müqabilində transfer olunacaq.İstanbul klubunun prezidenti Fikrət Orman “Everton” rəsmiləri ilə görüşündə əvvəllər təklif olunan 25 milyon məbləği daha iki milyon avro artırmağa müvəffəq olub. O, transferin həftəsonuna qədər rəsmiləşəcəyini bildirib.Qeyd edək ki, Cenk Tosun “Beşiktaş”a 2014-cü ildə “Qaziantepspor”dan keçib. O, İstanbul təmsilçisinin heyətində keçirdiyi 114 oyunda 55 qol vurub.xeber100.com