“Şalke” futbol klubu yeni müqavilə imzalayıb

4 Yanvar 2018 14:42

Xəbər 645 dəfə oxunub

Almaniyanın “Şalke” futbol klubu bu ölkənin gənclərdən ibarət yığma komandasının 20 yaşlı hücumçusu Sedrik Toyhert ilə müqavilə imzalayıb.Azərtac xəbər verir ki, futbolçunun yeni kontraktının müddəti 2021-ci il iyunun 30-na qədər, transferin məbləği isə təxminən 1,8 milyon avrodur.Əvvəllər “Nürnberq” komandasında oynayan Sedrik Toyhert bu komandanın heyətində keçirdiyi 41 matçda 11 qol vurub.xeber100.com