İtaliya kubokunun bütün yarımfinalçıları müəyyənləşib

4 Yanvar 2018 14:47

Xəbər 607 dəfə oxunub

Futbol üzrə İtaliya kubokunun bütün yarımfinalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, sonuncu yarımfinalçının adına yanvarın 3-də keçirilən “Yuventus”-“Torino” matçından sonra aydınlıq gəlib.Turin derbisində üstün tərəf olan “Qoca sinyora” sensasiyaya imkan verməyərək, rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Meydan sahiblərinin heyətində qolları Duqlas Kosta və Mandzukiç vurublar.Massimiliano Alleqrinin yetirmələri yarımfinalda “Atalanta” ilə qarşılaşacaqlar.Digər yarımfinal qarşılaşmasında isə “Latsio ilə “Milan” üz-üzə gələcək.xeber100.com