Bu il neftin qiyməti 40-60 dollar/barrel arasında dəyişəcək.Azərtac xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi məlumat yayıb.“Moody’s”ə görə, bu il qlobal neft sənayesində yüksəliş davam edəcək və neft istehsalında artım olacaq. Neft İxrac edən Ölkələr Təşkilatına üzv (OPEC) və qeyri-OPEC ölkələri ilə əldə edilən xam neft istehsalının azaldılması üzrə sazişin müddətinin cari ilin sonunadək uzadılmasına baxmayaraq, bu il “qara qızıl”ın bir barrelinin qiymətinin 40-60 dollar arasında dəyişməsi təxmin edilir. Neftin qiymətinin qeyd edilən qiymət aralığında olması və ya daha da bahalaşması vəziyyətində isə bu il neft istehsalçısı ölkələrin hasilatı artıracağı da gözlənilir. ABŞ-ın şist nefti istehsalının bu il yüksəlməyə davam etməsi nəzərdə tutulur.Agentlik Şimali Amerikadakı neft axtarış və istehsal şirkətlərinin sərmayə yatırımlarının keçən il güclü olduğunu qeyd edib, bu il həmin şirkətlərin neft hasilatını artırmağa davam edəcəyini bildirib.Qlobal neft sənayesi üzrə xidmətlər təklif edən şirkətləri də cari ildə böyüyəcək. Həmin şirkətlər bu il artan iş gücü xərcləri və istehlakçıların tələbləri səbəbi ilə təzyiq altında qala bilərlər.“Moody’s” qlobal neft tələbatının artmağa davam edəcəyini proqnozlaşdırır. Qlobal neft tələbatının 2040-cı ildə maksimuma çatacağı təxmin edilir.Həmçinin bu il beynəlxalq neft şirkətlərinin bərpaolunan və alternativ enerji mənbələri üzrə texnologiyaları ilə uzun dövrdə təbii qaza keçidlərini təmin etmək üçün investisiyalar yatıracaqları gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…