Beynəlxalq Masters turniri başlanılıb

5 Yanvar 2018 10:38

Xəbər 824 dəfə oxunub

Bakıda keçirilən Fuad Cəfərov Memorialı çərçivəsində beynəlxalq Masters turniri başlanılıb. Turnirdə 22 şahmatçı, o cümlədən 7 qrossmeyster iştirak edir.Azərtac xəbər verir ki, turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, Gürcüstan, İran və Rusiya təmsilçiləri də mübarizə aparırlar.Memorial çərçivəsində 5 turnir keçirilir. FIDE beynəlxalq normalı turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Vaxta nəzarət: 90 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə.Open-turnirdə 139 şahmatçı İsveçrə sistemi üzrə 7 turda mübarizə aparır. Vaxta nəzarət: 90 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə.2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı 58 şahmatçının iştirak etdiyi uşaq turniri İsveçrə sistemi üzrə keçirilir və 7 turdan ibarətdir. Vaxta nəzarət: 60 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə.“Sürətli şahmat” yarışında 40 şahmatçı iştirak edir. Vaxta nəzarət: 10 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 5 saniyə. Blits-turnirdə 33 komanda iştirak edir. Vaxta nəzarət: 3 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 2 saniyə.Fuad Cəfərov Memorialı Respublika Şahmat Mərkəzində keçirilir.xeber100.com