“Qəbələ” futbol klubunda yeni təyinat gerçəkləşib

5 Yanvar 2018 10:44

Xəbər 856 dəfə oxunub

“Qəbələ” futbol klubunun məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.Azərtac xəbər verir ki, 2017-2018-ci il mövsümünün ilk yarısında əvəzedicilərin baş məşqçisi olan Elmar Baxşıyev klubdakı fəaliyyətini əsas komandada davam etdirəcək. Əvəzedicilərin “sükanı arxası”na keçənədək də bu komandada çalışmış 37 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.O, Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda Ramin Quliyevi əvəzləyib. Sonuncunun “Qəbələ”dəki fəaliyyəti 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin edildiyi üçün başa çatıb.Xatırladaq ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərən E.Baxşıyev ötən ilin yayında bu komandanın baş məşqçisi təyin olunmuşdu.xeber100.com