“Zirə” futbol klubu mövsümün hazırlığına start verib

5 Yanvar 2018 10:46

Xəbər 1236 dəfə oxunub

“Zirə” futbol klubu mövsümün ikinci yarısının hazırlığına start verib.Azərtac kluba istinadla xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunda bir araya gəlib. İlk olaraq baş məşqçi Ayxan Abbasov mövsümün qalan hissəsi ilə bağlı futbolçularla söhbət edib.Komandanı qarşıda çətin oyunlar gözlədiyini bildirən A.Abbasov futbolçulara tövsiyələrini verib. O, həmçinin yeni oyunçuları komandaya təqdim edib və onlara uğurlar arzulayıb.Yalnız yerli futbolçuların iştirak etdiyi məşqə komandanın yeni transferləri də qatılıb. Legionerlər isə bir neçə gündən sonra çalışmalara qoşulacaq.xeber100.com