“Qəbələ” futbol klubu hazırlığını davam etdirir

22 Yanvar 2018 12:17

Xəbər 1406 dəfə oxunub

“Qəbələ” futbol klubu 2017-2018-ci il mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.Azərtac xəbər verir ki, Antalyada təşkil olunan təlim-məşq toplanışının yanvarın 5-dən 17-dək davam edən ilk mərhələsindən sonra 3 günlük istirahətə buraxılan “qırmızı-qaralar” yenidən bir araya gəliblər.Komanda hazırlıq prosesinin ikinci mərhələsinə 1 məşqlə start verib. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan hazırlıqda futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. Zədə səbəbindən bir müddət komanda ilə məşq keçməyən Dion Malone kollektiv hazırlıqlara qoşulub.xeber100.com