Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən yanvarın 23-də növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsidir.ƏMDK-dan Azərtac-a bildirilib ki, komitə tərəfindən təşkil olunan açıq və şəffaf hərraclar özəlləşdirilmə prosesində həm maksimum operativliyi təmin edir, həm də böyük investor kütləsini bu prosesə cəlb edir. Belə hərraclar hər kəsin iştirakı üçün açıqdır, yəni istənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Belə ki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir.Budəfəki hərracda özəlləşdirilən obyektlərin fəaliyyətini genişləndirməklə yaxşı qazanc əldə etmək mümkündür. Belə əmlaklardan olan 2 saylı hamam xidmət sahəsində gəlirlidir. Bu əmlak Göygöl şəhərində yerləşir, ümumi faydalı sahəsi 500 kvadratmetrə yaxın, torpaq sahəsi isə 1500 kvadratmetrdən çoxdur. Qeyd edək ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.Özəlləşdirilən əmlaklardan paytaxtın Sabunçu rayonunda yerləşən 4 saylı sahə də əlverişli obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kvadratmetrdən çox, torpaq sahəsi isə 4 min 500 kvadratmetrə yaxındır.Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahəsi Kürdəmir rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 133,2 kvadratmetr təşkil edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…