Yanvarın 23-də Tehran Beynəlxalq Sərgi Mərkəzində 11-ci Beynəlxalq Turizm Sərgisi açılıb. Sərgidə 300-dən çox yerli və xarici turizm şirkəti iştirak edir. Şirkətlər sərgi ziyarətçilərinə xidmətlərini təqdim edir, daxili və xarici turizm marşrutları haqqında məlumatlar verirlər.Sərgidə iştirak edən İran şirkətləri arasında Bakı şəhəri və Azərbaycanın rayonlarına turizm səfərləri təşkil edənlər də var.Şirkətlərin nümayəndələri Azərtac-ın müxbiri ilə söhbətində bildirib ki, son illər ərzində İrandan Azərbaycana turist səfəri etmək istəyənlərin sayı həddən artıq çoxalıb. Onların sözlərinə görə Azərbaycanın sabit və təhlükəsiz ölkə olması iranlı turistlərin diqqətini cəlb edib. Bakı şəhəri xüsusi gözəlliyi ilə seçilir. Bundan başqa hər iki ölkənin müsəlman əhalisinə malik olması da əhəmiyyətlidir. Mədəniyyətin, adət-ənənələrin və mətbəxin də oxşar olması turistlər üçün əlverişli şərait yaradır. Azərbaycanlıların isə qonaqpərvərliyi və mədəni davranışı isə xüsusi söhbətin mövzusudur. Azərbaycanda həm qış, həm də yay turizmi üçün münasib şərait var. Şəhərlərlə yanaşı təbiətin də gözəlliyi səfərə gələnləri valeh edir. Tarixi abidələr və müasir şəhər infrastrukturu Azərbaycana biganə yanaşmağa imkan vermir. Hazırda Azərbaycanın “Buta”, İranın “İran AİR”, “Mahan” aviaşirkətləri gündəlik Tehran-Bakı-Tehran reyslərini yerinə yetirirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…