V Çempionlar Liqasının oyunları keçiriləcək

26 Yanvar 2018 08:43

Xəbər 755 dəfə oxunub

İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət futzal komandaları arasında yanvarın 30-dan fevralın 3-dək V Çempionlar Liqasının oyunları keçiriləcək.Azərtac xəbər verir ki, turnirdə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çempionatının qalibi “Ulduz” futzal klubu iştirak edəcək.Püşkün nəticəsinə görə, “D” qrupunda yer alan təmsilçimizin rəqibləri Belçikanın “Zebre Çarleroi”, Slovakiyanın “Nove Zamky”, İtaliyanın “Real E Non Solo” və İspaniyanın “Alcala De Henares” komandaları olacaq.“Ulduz” yanvarın 30-da “Real E Non Solo”, “Nove Zamky”, bir gün sonra “Alcala De Henares” və “Zebre Çarleroi” komandaları ilə qarşılaşacaq. Fevralın 1-də dörddəbir final, ertəsi gün yarımfinal, fevralın 3-də isə üçüncü yer və final oyunu keçiriləcək.xeber100.com