“Keşlə” futbol klubu hazırlıq prosesi çərçivəsində

30 Yanvar 2018 12:45

Xəbər 907 dəfə oxunub

Antalyada təlim-məşq toplanışında olan Bakının “Keşlə” futbol klubu hazırlıq prosesi çərçivəsində ikinci yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Ukraynanın “Karpatı” klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Ukrayna təmsilçisinin xeyrinə başa çatıb. Komandamızın heyətində Əlibəy Məmmədli fərqlənib.Qeyd edək ki, “Keşlə” Antalyada keçirdiyi ilk yoxlama matçında Makedoniyanın “Rabotniçki” klubuna 1:0 hesabı ilə qalib gəlib.xeber100.com