“Fajr Sabalan Cup” turniri start götürüb

2 Fevral 2018 12:54

Xəbər 804 dəfə oxunub

Sabah İranın Mazandaran ostanında 26-cı “Fajr Sabalan Cup” turniri start götürüb. Turnirin “A” qrupunda 14 ölkədən 81 şahmatçı, o cümlədən 12 qrossmeyster mübarizə aparacaq.Azərtac xəbər verir ki, Masters turnirində Azərbaycan idmanının şərəfini reytinq cədvəlində 11-ci yerdə olan beynəlxalq qrossmeyster Azər Mirzəyev qoruyacaq. Turnirin reytinq-favoriti ukraynalı Yuri Kuzubovdur.“B” turnirində 14 ölkədən 150 şahmatçı yarışacaq. Azərbaycanı 14 yaşlı ustalığa namizəd Mələk İsmayıl təmsil edəcək.İsveçrə sistemi üzrə keçiriləcək turnir 11 turdan ibarət olacaq.xeber100.com