Futzal üzrə Çempionlar Liqasının final mərhələsinin oyunları keçirilib

2 Fevral 2018 13:09

Xəbər 862 dəfə oxunub

İspaniyanın Alcalа de Henares şəhərində eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında təşkil edilən futzal üzrə Çempionlar Liqasının dörddəbir final mərhələsinin oyunları keçirilib.Azərtac xəbər verir ki, təmsilçimiz “Ulduz” Fransanın “Reims” komandasına 2:5 hesabı ilə məğlub olub.Komandamız bu gün 5-8-ci yerlər uğrunda keçiriləcək play-off oyunlarında iştirak edəcək. “Ulduz” “Oslo Doves Sport” komandası ilə qarşılaşacaq. Digər oyunda isə “Torino” və “Real En On Solo” komandaları üz-üzə gələcəklər. Qalib komandalar 5-ci, məğlublar isə 7-ci yer uğrunda oyunda iştirak edəcəklər.xeber100.com